Yada düşən xatirədən bir yarpaq...

 

Yada düşən xatirədən bir yarpaq... 
 

 

Tapdıq Abbas yazır:

Azərbaycan Xalq Hərakatının üzvləri kimi 1990-91-ci ilin payız-qış aylarında Beyləqandan gedib Zəngilan və Qubadlı rayonunun Ermənistanla sərhəddində yerlışən Xınzirək və Əliquluuşağı kəndində özümüzlə götürdüyümüz təhlülə tüfənglə rusların avtomatla silahlandırdığı erməni quldurları ilə döyüşürdük. Allah cəmi ölənlərə rəhmət eləsin! Hazırda həmin çətin hərbi döyüşlərdə iştirak edənlərin əksəriyyəti dünyasını dəyişib...

O dövrün insanlarına yaxşı məlum olduğu kimi, 1992-ci ilin yazında Azərbaycanda Rusiyanın sadiq nökəri, Rusiyanın hakimiyyətə göstərdiyi təzyiq hesabına 25 ildən sonra Moskvadan ölkəyə qayıdan və hazırda sabiq prezident kimi, böyük imtiyaz və hər ay dövlətdən 8 min manat pensiya alan satqın Ayaz Mütəllibovun rəhbərlik etdiyi xainləri xalq hakimiyyətdən qovdu və Xalq Cəbhəsini hakimiyyətə gətirdi...

...Hazırda dünyasını dəyişmiş, lakin o zaman fəal cəbhəçi kimi məclisdə aparılan vəzifə bölgüsündə iştirak edən, ixtisasca həkim, rayonda o zaman hər kəsin yaxından tanıdığı Fəyyaz həkim çörək zavodunda xalqa normal xidmət etmək üçün Beyləqan çörək zavodunun direktor müavini vəzifəsini seçdi. 

O zaman da Rusiya indiki kimi, Azərbaycandakı hakimiyyəti xalqın gözündən və hakimiyyətdən salmaq üçün ölkədə bir çox sahədə, o cümlədən əhalinin un, çörəklə təminatında böhran yaratmışdı, insanlar çətin vəziyyətlə üzləşmişdi, xalq "zımıx" yeməyə məcbur olurdu. Buna görə də rəhmətlik həkim tələbkar, inanılmış və sadiq cəbhəçi kimi rayonda tanındığına görə, o vaxt həkim çalışdığı SES-in baş həkimliyini yox, öz istəyilə çörək zavodu direktorunun müavini vəzifəsinə göndərildi... 

 ...Həmin dövrdə çörək zavoduna direktor, müavin vəzifələrinə getmək istəyən cəbhəçilər var idi. Həmin cəbhəçiləri iddiasından geri çəkmək məqsədilə, rəhmətlik həkim ortaya bir arqument qoyurdu ki, biz qışın qarında, soyuğunda təhlülə tüfənglə Zəngilanın Xınzirək, Qubadlının Əliquluuşağı kəndlərinə avtomat silahla hücum edən ermənilərlə döyüşəndə siz harada idiniz?!..

...Yəni xatirimdə dərin iz buraxmış, 30 il bundan əvvəl Rusiyanın əsarətindən azadlığa çıxmaq istəyən xalqımıza qarşı rusların törətdiyi bu olayı ona görə yada saldım ki, son 2 yüz il ərzində və bu gün də ölkəmizdə baş vermiş bütün mənfi halların törədicisi olan Rusiyanın dövlətimizə qarşı etdiy "dostluq (düşmənçiliyi ) "xidmətlərini" heç kim unutmasın!..

...Hazırda Azərbaycanda baş verən bütün mənfi halların, qiymət artımının, o cümlədən unun qiymətinin 30 faiz qaldırılmasının da bilavasitə Rusiyanın ölkəmizdəki nökərlərinin vasitəsilə xalqımızı özündən asılı vəziyyətə salmaq cəhdidir!..

...Eyni zamanda qəhrəman ordumuzun, şəhidlərimizin və müzəffər Ali Baş Komandanın siyasi iradəsilə, ağır zəhmətlərilə ermənilərin işğalından azad olunmuş ərazilərimizdə əhalimizin məskunlaşmasına maneə olmaq və Rusiya sülhməramlılarının işğal etdiyi, Xocalı da daxil, 4 min kv.km ərazimizin və 195 yaşayış məskənlərimizin azad olunması uğrunda xalqımızın apardığı mübarizəni boğmaq üçün Rusiyanın düşmənçilik təzyiqidir!..

Paralel.az

0.011943817138672