Çörəyin qiyməti ucuzlaşa bilərmi??

Çörəyin qiyməti ucuzlaşa bilərmi??
 

Paralel.az xəbər verir ki, Azərbaycanda çörəyin bahalaşmasının qarşısını almaq üçün hökumətin müxtəlif strukturları hərəkətə keçib. Bunlar arasında İqtisadi İnkişaf Nazirliyi də nəzərə çarpır. Belə ki, nazirlik internet saytlarında və sosial şəbəkədə belə bir çağırış yayıb:

"Bu günə olan məlumata görə, ölkədə çörəyin qiyməti rəsmi olaraq qalxmayıb. Çörəyin qiymətini bəzi sahibkarlar suni olaraq artırıb. Bu qanunsuzluqdur, əgər belə bir hal ilə qarşılaşmısınızsa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilərsiniz".

Əvvəla qeyd edək ki, çörəyi qiyməti dövlət tərəfindən tənzimlənən qiymətlər siyahısına daxil deyil, ona görə də hökumət heç bir sahibkarı çörəyin qiymətini artırdığına görə ittiham edə bilməz. İkincisi isə bazar iqtisadiyyatında qiymətləri dövlət deyil, tələb və təklif tənzimləməlidir. Hökumət çörəyin qiymətini ucuzlşdırmaq istəyirsə, həmişə haqqında fəxarətlə danışıldığı "2 illik ehtiyat buğda"nı buraxsın dövriyyəyə.

Uzun müddətli perspektiv üçün isə taxıl istehsalçılarının xərcini azaltmaq məqsədi ilə dizel yanacağının qiymətini 30 qəpiyə qədər endirmək mümkündür.

Ümumiyyətlə isə hökumət pambıq istehsalı əvəzinə taxıl istehsalını stimullaşdırsa çörəyin qiyməti gələcəkdə də sabit qala bilər.
Akif Nəsirli

0.011476039886475