AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir

AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir
 

"Azərbaycan Hava Yolları QSC"-nin Mətbuat Xidmətinin məlumatı.

AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilmişdir.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.

Səfurə, Paralel.az

0.059112071990967