Azad olunmuş torpaqlarda içməli su təchizatı sistemləri yenidən qurulur

 

Azad olunmuş torpaqlarda içməli su təchizatı sistemləri yenidən qurulur 
 

 

Paralel.az xəbər verir ki, “Azərsu” ASC-də Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ilk iclası keçirilib.

Qurumdan verilən məlumata görə, iclasda işçi qrupuna daxil olan müxtəlif dövlət təşkilatlarının mütəxəssisləri iştirak edib.

İşçi qrupunun rəhbəri, “Azərsu”nun sədr müavini Etibar Məmmədov Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin içməli su təchizatının bərpası məqsədilə görülmüş işlər barədə məlumat verib. O, bildirib ki, mürəkkəb relyef və sərt iqlim şəraitində Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilib və ötən ilin noyabr ayından etibarən şəhərdə fasiləsiz xidmət təşkil edilib. 

Şahnaz Salehqızı

Paralel.az

0.013386011123657