Ərəstun Oruclu yazır...

Ərəstun Oruclu yazır...
 

 

 

Nə Baş Qərəgah rəisi Kərim Vəliyevlə, nə də ümumiyyətlə əməllərini ifşa etdiyim heç bir generalla nəinki şəxsi ədavətim, heç şəxsi tanışlığım da yoxdur, ola da bilməz. Amma vaxtilə Tərtər gətliamını törədən çətəni müdafiə edən yaramazların bu gün Kərim Vəliyev haqqında xalqa yalanlar sırıması göstərir ki, onun buna ehtiyacı var. Nədən yaranıb bu ehtiyac?

Mənə Kərim Vəliyevin sifarişlilərinin yazdığı kimi onun "xruşovkada" yoxsa Salyan kazarması ərazisindəki villada yaşaması, hərhansı sərvətinin olmaması yoxsa Şamaxıda Nəcməddinin əsas əlaltısı olmuş Ayaz Həsənovun villasının yanında villası olması vacib deyil. Mənə heç onun ailəsinin Bakıda yoxsa Nyu Yorkda yaşaması da maraqlı deyil.

Mənim üçün vacib olan budur: Tərtər qətliamı ilə bağlı xain Nəcməddin Sadıkovun keçirdiyi həftəlik müşavirələrdə iştirak etsə də bircə dəfə də səsini çıxarmayan müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavininin sonradan "mənim Tərtərdə baş verənlərdən xəbərim olmayıb" deməsidir.

Mənim üçün vacib olan Kərim Vəliyevin Tərtər qətliamında işgəncələrə məruz qaldıqdan sonra ordudan qanunsuz tərxis olunmuş yüzlərlə hərbçinin bu haqda açıqlamalarına cavab olaraq "orduya böhtan atırlar" deməsidir. Mənim üçün vacib olan onun bu günədək həmin qətliam haqqında susmasıdır.

Mənim üçün vacib olan onun Tərtər qətliamında öldürülənlərin qanı üzərində olan sifarişli trolların xidmətindən istifadə etməsidir.

Bütün bu sualların cavabı yoxdursa, cavabı isə Kərim Vəliyev verməlidir, deməli bu adamın qorxduğu, çəkindiyi günahları var.

Vicdanı təmiz olan sözün düzünü deməkdən qorxmaz. O isə susur.

Nəhayət, mənə tez-tez "Kərim Vəliyev eloğlumuzdur" yazanlara bildirirəm ki, mənim üçün Adəm övladları dini, milli, irqi, cinsi, regional və bütün digər əlamətlər üzrə insan olanlara və olmayanlara bölünür.

Paralel.az

0.021505832672119