“Hər şeyi var, bu ölkənin”

“Hər şeyi var, bu ölkənin”
 

 

 

“3 nömrəli deputat” yenə ekrana çıxıb qiymət artlmından danışır. 30 faizi ortaya atıb. Hazırlıq görürlər. Maaşların 20 faiz artımı da 30 faiz artacaq qiymətə hesablanıb. Əhalisi bir milyard dörd yüz milyon olan Hindistanda ərzaq qıtlığını, qiymət artımını misal gəririr. Azərbaycanın cəmi cümlətanı on milyon əhalisi var əfəndim. Hər şeyi var bu ölkənin. Neftin qazın qarşısını  arx suyu kimi açırlar dolub daşa daşa gedir. Azad olunmuş ərazilərdən əlavə on minlərlə ha taxıl, çugundur götürüldü. Halbuki köçkünlərə bildirilir ki  həmin ərazilər minaLıdır Bu pullardan danış, xalqa nagıl danışma, zalımın maşası olma. Uşaq pullarının verilməməsindən, pensiyaların dilənçi məbləğindən danış. indidən fantastik surətlə qalxacaq qiymət artımını əsaslandırmaga deyil, qiymət artımının əhaliyə mümkün qədər az zərər vurması yollarından, görülə biləcək tədbirlərdən danış. Və yetər allahdan qorx. Bu xalq gözünü qırpmadan övladlarlnı torpaq ugrunda qurban verdi. Bu xalqı sevmək, qorumaq lazımdır. Çörək ilə imtahana çəkmək günahdır, böyük günahdır.

 

Osman Kazımov

Paralel.az

0.012212991714478