Baş prokurora müraciət...

Baş prokurora müraciət...
 

 

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə

Cənab baş prokuror! 

Son günlər işgaldan azad edilmiş Zəngilan rayonun Agəli kəndində agıllı kənd lahiyəsi üzrə aparılan tikinti işlərində işləyən fəhlələr əmək haqlarını ala bilmədikləri ilə baglı sosial şəbəkələrdə məlumatlar paylaşır, işçilərin tikintini tərk etdikləri bildirilir. Paylaşılan video görüntülərdən məlum olur ki, elə də ciddi tikinti işləri aparılmamışdır. içtimaiyyətin ciddi narahatçılığına səbəb olan və ciddi maliyyə yeyintisi ehtimal edilən bu məsələ ilə baglı xahiş edirəm aşagıdakı məsələlərlə baglı araşdırma aparılaraq xalqa məlumat verilməsini təmin edəsiniz:

1.Tikinti işləri üçün hansı mənbədən nə qədər vəsait ayrılmışdır;

2.Tikinti aparılmasına dair tender keçirilmişdirmi, nə vaxt və hansı şirkətlər tenderdə iştirak etmişdir;

3.Tenderdə hansı şirkət qalib gəlmişdir, qalib şirkət kimə məxsusdur;

4.Tikintidə iştirak edən fəhlələrlə əmək müqaviləsi baglanmışdırmı;

5.hazırki vaxtda tikintiyə sərf olunmuş vəsait real vəziyyətə uygundurmu

 

Hüquqşünas, Milli Məclisə deputatlığa sabiq namizəd  məcburi köçkün Osman Kazımov.

Paralel.az

0.010843992233276