Tapdıq Abbas yazır...

Tapdıq Abbas yazır...
 

 

 

Azərbaycanda baş verən mənfi proseslər göstərir ki, düşmən təkcə qarşıda, səngərdə, xaricdə deyil, eyni zamanda müxtəlif formaya, hətta vəzifəyə girərək ölkəmizin daxilini qarışdırır. Ölkəmizin düşmən üzərində çaldığı möhtəşəm tarixi qələbəni həzm edə bilməyənlər, ölkədəki mövcud vətəndaş həmrəyliyindən sarsıntı keçirənlər qələbə ovqatımızı pozmaq üçün bütün vasitələrdən istifadə edirlər. Daxili düşmənlərin xarici düşmənlərdən daha təhlükəli olduğunu daim qeyd edirik. Dövlətimizin daxilinə yeridilmiş düşmənin casus şəbəkələrinin ölkəmizdə törətdiyi faciələr sübut edir ki, düşmənin casusları dövlətimizin strateji mərkəzlərinə sızıblar! 2017-ci ilin aprel-may aylarında ordumuzda törədilmiş "Tərtər cinayəti", 2020-ci ilin iyulunda Ermənistanın törətdiyi hərbi təxribat zamanı Tovuz istiqamətində gedən döyüşdə general Polad Həşimovun və onunla birlikdə 12 nəfər yüksək rütbəli zabitimizin düşmənin sərrast atəşilə şəhid edilməsi, Vətən müharibəsində baş vermiş xəyanətlər, Qaraheybət aerodromunda baş vermiş 14 nəfər hərbi aviasiya zabitimizin şəhid edildiyi helikopter qəzası və adını çəkmədiyim çoxsaylı xəyanətlər daxili düşmənlərin fəaliyyəti nəticəsində baş verdiyini unutmamalıyıq və düşmənlərin içimizə yeridildiyini nəzərə alıb, sayıqlığımızı gücləndirməliyik!..

Paralel.az

0.012648105621338