Xalqın yanında olanda...

 

Xalqın yanında olanda... 
 

 

Şəmsəddin Əliyev yazır:

Rəvayət edirlər ki,möminlərin xəlifəsi Hz.Ömər bir gün Peyğəmbər(s.ə.s)in əmisi Hz.Abbas ilə Mədinə şəhərini birlikdə gəzərkən bir çadır evində  qazanın qaynadığını görüb xanımdan nə bişirdiyini soruşurlar:

-Heç nə.Uşaqlar acdır,mən isə onları aldadıram ki,

qoy yemək bişsin, sizi yedizdirəcəyəm.Qazana isə daş atmışam,daş qaynayır.

Yuxuya getmələrini gözləyirəm.Yəqin, indi yatacaqlar.Sabah isə Allah Kərimdir.Nə edim?Gün ərzində bir ovuc xurma da qazana bilmədim.

Hz.Ömər:

Bəs niyə Xəlifənin yanına gedib ehtiyaclarınızın təminatı ilə bağlı müraciət etməmisiniz?

-Mən getməli deyiləm.Xəlifə hər şeyi görməli,möminlərin dərdini bilməlidir.Hamımızın vəziyyəti və halı barədə xəbərdar olmalıdır.

Hz.Ömər:

-Axı,Xəlifə haradan bilsin ki,evindəki tabaqda çörək yoxdur.Sən söyləmədən O,haradan biləcək?

-Bilmirsə orada-Xəlifəlik minbərində(kreslo da başa düşmək olar) oturmasın-deyə qadın həyacanla cavab verir.

Hz.Ömər Hz.Abbasa baxıb sarsılır.Geri qayıdırlar.

Hz.Ömər yaxındakı dükandan iki çuval un götürüb qadının yaşadığı çadıra gəlirlər.Yolda Hz.Abbas çox çalışır ki,heç olmazsa çuvalın birini Xəlifədən alıb ona kömək etsin.

Amma Xəlifə  etiraz edir:

-Ey Məhəmməd(s.ə.s)in əmisi! O dünyada mən hesabat verəndə tərəzidəki yükümü sənmi daşıyıcaqsan?

Bu mənim işimdir,mən də daşımalıyam.Bu insanların da hesabını məndən soracaqlar!

Un çuvallarını qadının çadır odasına qoyanda qadın razılıq edir:

-Allah Sizdən razı olsun.Siz bu işi Xəlifə Ömərdən də yaxşı gördünüz,deyir.

Hz.Ömər:

-Yubanmayın,gəlin Xəlifəyə dərdinizi söyləyin ki,sizə yardım olunsun.

Qadın bir gün sonra Xəlifənin yanına gəlir.İçəri daxil olanda Hz.Ömərin xurma lifindən hörülmüş həsirin üzərində  oturduğunu görəndə ayaq saxlayır,Öməri tanıdığından:

-Un çuvallarını odama gətirən Sən idin,eləmi?

-Bəli anam,mən idim.

-Bəs Xəlifə Ömər hardadır?

-Hz.Ömər təbəssümlə,mənəm xəlifə Ömər.

-Allah Səndən razı olsun,ey mənim Xəlifəm! 

Xalqın yanında olanda hər şey bəlli olur.Kimin necə yaşadığını,nəyə ehtiyacı olduğunu ədalətlə görmək mümkün olur.Allah xatirinə beləcə də davam edin.Razı qaldım.Allah da Səndən razı qalsın-deyib xoş ovqatla geri qayıdır...

Kaş, ali səlahiyyətə malik

bəzi məmurlar Prezidentin tapşırıqlarına"xalqın yanında olun,xalqa ləyaqətlə xidmət edin və s."əməl edəydilər.Böyük ZƏFƏRDƏN sonra,bu həssas vaxtda şəhid ailələrinin,qazilərin evlərinə baş çəksinlər,dərdlərinə şərik çıxıb ehtiyaclarına əl tutsunlar.Qaziləri,şəhid ailələrini,müharibə veteranlarını dərhal qəbul edib onları dinləsinlər...

Xalqın yanında olanda hər şey bəlli olur...

Amma 5 kq.ət verib onu ictimailəşdirməsinlər."Bir əlin verdiyini ,digər əl bilməməlidir"zərb məsəlinə uyğun davransınlar...

Paralel.az

0.011826992034912