“Apple” dünyada bazar dəyəri $3 trilyona çatan ilk şirkət oldu

 

“Apple” dünyada bazar dəyəri $3 trilyona çatan ilk şirkət oldu 
 

 

“Apple”ın bazar kapitallaşması 3 trilyon dolları keçib.

Əldə edilən məlumata görə, dekabr ayında şirkətin bir səhminin qiyməti 175.51 dollar təşkil edib.

 “Apple” tarixdə kapitallaşması 3 trilyon dolları keçən ilk şirkət olub. 2020-ci ildə korporasiya həmçinin bazar dəyəri 2 trilyon dollara çatan ilk brendə çevrilib.

2020-ci ilin iyulunda Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkəti “Apple”ı geridə qoyaraq kapitallaşma üzrə liderliyini geri qaytarıb.

Oktyabr ayıda şirkət dördüncü rüb üçün gəlirində 29% artım olduğunu açıqlayıb. Bu, yeni rekord olsa da, 2018-ci ildən bəri ilk dəfə rəqəm investorların 85.1 milyard dollarlıq gözləntilərindən aşağı düşüb.

Səfurə, Paralel.az

0.052951812744141