Ora da Azərbaycanındır, geri çəkilməliyik - Simonyan

Ora da Azərbaycanındır, geri çəkilməliyik - Simonyan
 

Hazırda Tavuş istiqamətində sərhəddə bizim olan bəzi ərazilər Azərbaycanın, onların olan torpaqlar isə bizim nəzarətimizdədir.

Paralel.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Spiker erməni jurnalistin qoşunların hazırda Tavuşda hansı ərazilərdə yerləşdiyinə dair sualına qəzəblənib:

“İndi sənə koordinatları verməyimi istəyirsən, ciddisən? Tavuşda sərhəd xətləri çəkilərkən gördük ki, biz həqiqətən də bəzi ərazilərdə irəlidəyik. Demarkasiya ümumiyyətlə aparılmadığı üçün ciddi problem var idi. Sərhəddə hazırda bir-birimizin ərazilərində dayanmışıq. Bəzi hissələrdə Azərbaycan, bəzilərində isə Ermənistan geri çəkilməlidir. Əsas məqsəd sülhü bərqərar etmək və ölkəmizin 29 min 743 kvadrat kilometrlik ərazisini rəsmi olaraq qeydiyyata almaqdır”.

Simonyan bildirib ki, sülh müqaviləsi imzalandıqdan və sərhədlərin müəyyənləşməsi başa çatdıqdan sonra erməni xalqı qonşuları ilə sərbəst ticarət edə və ünsiyyət qura biləcək, beləliklə, bütün problemlər həllini tapacaq.

 

0.0072200298309326