Avtomobil 55 yaşlı kişini vurdu

Avtomobil 55 yaşlı kişini vurdu
 

 

 

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən 1967-ci il təvəllüdlü Ələkbərov Məhəmməd Ələkbər oğlunu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.

M.Ələkbərovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Paralel.az

0.010325908660889