Startap şəhadətnaməsi alanlar...

Startap şəhadətnaməsi alanlar...
 

 


Osman Gündüz

Ötən gün Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.

Toplantıda Startap şəhadətnaməsi almaq üçün KOBİA –ya  sənəd təqdim edən  8 sahibkarlıq subyektinin müraciətinə baxılıb.

İddiaçıların səlahiyyətli nümayəndələri təqdim etdikləri layihələrlə bağlı qısa müddətli təqdimatlar ediblər.

Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında  5 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyyə edilib. 

Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.

Startap şəhadətnaməsi Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən  vergi ödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektlərinə verilir.

Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

Məlumat üçün bildirirəm ki, cari il ərzində Startap şəhadətnaməsi almaq üçün 70-ə yaxın müraciətə baxılıb   və 32 müraciətə müsbət cavab verilib.

Paralel.az

0.04355788230896