Avropa Albaniyasının Qəbələ şəhərciyi

Avropa Albaniyasının Qəbələ şəhərciyi
 

 

 

Qəbələ şəhərləri tarixən yalnız Albaniyada yox, Türkiyə ərazisində də var idi. Onların məbədi xristianlıqdan çox qabaq Kebela adlanırdı. Kebela və ya Kibela məbədinin kahinləri Troya müharibəsində yunanlarla vuruşur, Troyanı müdafiə edirdilər. Er.əv.1334-cü ildə Troya şəhəri işğal olundu. Qəbələ əhalisinin bir hissəsi Siciliya adasına, oradan Avropa Albaniyasına köçüb getdi. Orada İslam dinini qəbul etdilər. Yeni Misir dövlətinin banisi Məhəmmədəli Avropa Albaniyasının Kebela şəhərciyindəndir. Kebela və ya Kapala alplıq, ərənlik kultu idi. Məbəddə tərbiyə olunan gənc əsgərlər ilk düşməni öldürəndə Kapala titulu alırdılar. Troya dövrünün alp igidləri düşmənin kəsilmiş başına kapala deyirdilər. Kapala hərbi termininin kökündə türk dillərindəki kapa, qafa, yəni kəllə sözü durur. İndi həmin qəhrəman tariximizin yadigarı kimi 3 Qəbələ şəhəri qalmaqdadır. Biri Azərbaycanda, biri Türkiyədə, biri Avropa Albaniyasında. Biz öz tariximizi yalnız balaca Azərbaycanda yox, ucsuz-bucaqsız Avrasiyada öyrənməliyik.

 

İlhami  Cəfərsoy

Paralel.az

0.012840986251831