"Matematika" sözünün mənası nədir ?

 

 

Hesab, arifmetika, cəbr, riyaziyyat elmlərinin məcmusu matematika  elmi adlanır.

“Hesab” sözü dilimizdə  “sayı, ədədi  öyrənən elm” kimi anlaşılır.Yunan dilində “hesab” sözü  “arifmetika” adlanır və “ədəd haqqında elmdir”.

Cəbr, ərəb dilində “Əl cəbr” sözündən olub mənası əziyyət, çətinlik, məcbur edilən, icbari  deməkdir.Bütün dillərə ərəb dilindən keçmədir.”Algebrae, algevra, алгебрия” və s.

Riyaziyyat sözü ərəb dilində “riyazət” sözü olub teofor(dini) mənası “zahidlik, nəfsini öldürmə, məhrumiyyətlə yaşamaq”; 2-ci mənası “çətinlik, əzab, işgəncə” və s. bildirir.Yəni “əziyyətli elm”

“Matematika” latın və yunan mənşəli söz olub, bir çox dillərdə işlənənilir. Sözün 1-ci hissəsi latın dilinə qədim qibti dilindən keçmə sözdür.Tarixi qədim olduğundan fonetik cəhətdən açmaq mümkün olmamışdır.(Bəzi alimlərin dediyi kimi “daşlaşmış” söz hesab edilir.) Əgər biz Roman - german qrup dillərinin mənşəyini latın dili hesab ediriksə və ərəb dilində “əl cəbr” sözü həmin dildə “algebria” kimi iılənirsə , “matematika” sözünə də ərəb dilindən yanaşma məqbul sayıla bilər.(məntiqi dilçilik) Qədim Qibti dilində “mövt” sözü “ölüm” deməkdir.Latın dilində  “mortem, mortis” sözü “ölüm” deməkdir.Latın dilində bu söz keçmə söz olduğundan differianslaşıb.Bir çox dillərə latın mənşəli söz kimi  keçən  “mat” sözü də  semantik cəhətdən  “cansız, tutqun, donuq” mənasını bildirir.Məs: mat kağız, mat rəng(parlaq olmayan), “şahmat” (şahın məhvi, məğlubu) və s.Dilimizdə  “Filankəs filankəsin motunu yerə qoydu  və yaxud meyidini yerə qoydu” kimi məcazi mənada işlənən deyimlər vardır.  Hətta “mart ayı” da “dərd, sər” ayı kimi qəbul olunur.”Mart çıxdı, dərd çıxdı”...Rus dilində olan “cмерть” sözü də latın dilində olan “mortem” sözündəndir.

 Sözün 2-ci hissəsi  isə yunan dilində “mathi” sözü olub “ öyrənmək” mənasını bildirir.Bütövlükdə “MATEMATİKA” sözü “Əziyyətli  elmi öyrənmə” mənasına gəlir.(müəllif)

 

Həsən Əliyev

Paralel.az

0.011559963226318