Yeni ildən gözləntilər…

Yeni ildən gözləntilər…
 

Arzularınız, xəyallarınız çin olsun!

 Köhnə illə vidalaşarkən, gündəmə həllini gözləməkdəngözünün kökü saralanproblemlər gəlir.

Bəli, bədiiliyin, obrazlı ifadələrin, romantikanın da öz yeri-məqamı olduğu mövzular bolluğunda təəssüf ki, problemlərdən, həlli müşkül məsələlərdən (əslində, həlli mümkün) daha çox yazmalı oluruq. Onlara daim davamlı müraciət etməyimizin səbəbi elə həllə bağlı problemlərdir. Yenə təəssüfləndirici məqamlar ortaya gəlir, etməli, çox acı

Lakinsu daşı itiləyərmisalından çıxış edərək, yenə yazırıq, deyirik, danışırıq, bəhs edirik. Özü yorulmadan. İllər bizi yorsa da

Pandemiyanın yorub-bitirdiyi son dönəmlərdə ilin köhnə problemlərini elə əskisində qoyub getmək istərdik. Elə ən asanı da budur - qoyub qaçmaq!

Amma bəlli ki, həmin problemlər bizimlə daban-dabana gələcək, onudünyaya bəxş edənlərin ardınca düşəcək, həllini tapmadan, kimsədən əl çəkməyəcək

İllərsə həllolunmazları gözləmədən hər 12 aydan bir təzələnir, yenilənir. “Bu günün işini sabaha saxlamayanların ucbatından, həllini gözləyən məsələlər yalnız rəqəm formatında ilbəil yenilənir, təzələnir. Hətta sıralarına yenilərini əlavə edir, formaca fərqli, məzmunca problem olaraq qalır

Gələn ildənsə gözləntilər çoxdur. Ən azından, çoxları üçün ümidin sonda deyil, heç zaman ölmədiyi məntiqindən dolayı, ondan əlimizi yenə üzmürük

O mənada, yeni ilə ümidlə baxanların arzularını da ifadə etməyə çalışırıq.

Məsuliyyətli qurumlar da çalışsın ki, yeni ildə bütün orta təhsil müəssisələrinin istilik təchizatı heç olmasaqışın oğlan çağındahəllini tapsın. Şagirdlər siniflərdə paltoda-papaqda, əlcəkdə deyil, məktəbli formasında, təyinatına uyğun görünə bilsin.

Marketlərdə vaxtı keçmiş məhsullar yenidən istehsal müəssisələrinə qaytarılmadan, köhnə tarix yenisi ilə əvəzlənmədən, əhalinin canına qəsd etmədən satışa çıxarılsın.

Təbii, orqanik məhsullara tələbatlı insanların nəzərlərinəgöz gördüyündən qorxarmisalına uyğun, hər şey hər yerdə geni dəyişdirilmiş məhsullar kimi görünməsin.

Bu gün aldığının sabah neçə qat bahalaşacağı qorxusuyla yuxusu qaçmasın, gələcəyinin necə olacağı səksəkəsiylə gündüzü gecəyə çevrilməsin.

İnsanlıq o həddə yüksəlsin ki, uşaq evləri, qocalar evi olmasın, yalnız evlər dolsun!

Kriminal hadisələr yox olsun ki, həbsxanalar boşalsın.

Xəstəxanalarda xəstəlik həddinə gətirilənlər deyil, həqiqətən xəstəliklə dünyaya gələnlər müalicə alsın.

Rüşvət, korrupsiya bu adda olan varsa, xislətlərdən silinsin.

İnsanlar səlahiyyətlilərə gəlir mənbəyi kimi deyil, insan kimi lazım olsun.

Heç kim başqasının haqqına, qul haqqına girməsin.

Haqq söz ürəkdə saxlanmasın, dillə deyilə, ordan da təyinatına uyğun səslənə bilsin.

Bütün arzular həyata keçsin - deyilənlər , deyilməyənlər !

bütün bunlar təkcə bir elin-obanın, ölkənin deyil, dünyanın timsalında həyata keçə, reallaşa bilsin.

Yeni ildə arzuların həyata keçməsini Şaxta babadan gözləyirlər, adətən. Fəqət biz uşaq deyilik ki, buna inanaq ondan gözləyək.

O zaman problem kimi görünən arzularımızı reallaşdırmaq üçün tərəflərin kifayət yaşda olduğunun da fərqindəyik, zatən.

Gözləntimiz onlardandır - məsuliyyəti, vicdanı şaxta, buz bağlamayanlardan.

 Nigar Orucova 

Paralel.az

0.011287927627563