AzİnTelecom və MHM birləşdi 

AzİnTelecom və MHM birləşdi 
 

 

 

Osman Gündüz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin  tabeliyində fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi  nazirliyin digər qurumu AzInTelecom MMC-yə birləşdirilib.

Nazirlik bu birləşmənin “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman və  “Hökumət buludunun yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərmana uyğun olaraq aparıldığını bildirib.

 İki qurumun birləşdirilməsi ilə AzInTelecom yenidən formalaşdırılıb

MHM-də indiyədək Nazirliyin bir çox İKT layihələri, e-imza infrastrukturu, indiyədək gerçəkləşməyən yeni nəsil şəxsiyyət vəsiqələrin e-imza sertikasiya mərkəzi, Açıq Məlumatlar bazası ,  imei.az qeydiyyat  sistemi, AzDataCom, SmartPay sistemi,  bir çox reyestrlər və s. vardı.

AzİnTelekom isə daha çox rəqəmsal infrastruktur, Data Mərkəz, Hökumət Buludu infrastrukturuna sahib idi.

Düşünürəm ki bu iki infrastrukturun birləşməsi rəqəmsal transformasiya üzrə proseslərə daha da təkan verəcək, innovasiyaların  və rəqəmsal sahibkarlığın inkişafına kömək edəcək.

Paralel.az

0.01119589805603