İşğaldan azad edilmiş ərazilərimizdə radio və TV yayımları bərpa ediləcək

İşğaldan azad edilmiş ərazilərimizdə radio və TV yayımları bərpa ediləcək
 

Paralel.az xəbər verir ki, Şuşa və Hadrutda TV yayımı üçün istifadəyə yararlı boş tezliklər müəyyənləşib

“Ölkəmizin işğaldan azad olunmuş ərazilərində radio yayım şəbəkəsinin qurulması üçün hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb. Şuşa, Hadrut, Cəbrayıl, Kəlbəcər, Qubadlı və Laçın radio-televiziya yayım stansiyalarından radio yayımının aparılması üçün ərazinin diapazon üzrə tezlik toru araşdırılıb, istifadəyə yararlı boş olan tezliklərin siyahısı çıxarılıb, tələb olunan əhatə zonasını təmin edə biləcək radio-yayım vericilərinin gücləri hesablanıb və bütün ümumölkə radio-yayım proqramları üçün Şuşa və Hadrut radio-televiziya yayım stansiyalarından yayım üçün işçi tezliklər ayrılıb”, - hesabatda deyilir.
Akif Nəsirli

0.034320831298828