Donbasda kimyəvi silahdan istifadə xəbəri

Donbasda kimyəvi silahdan istifadə xəbəri
 

Paralel.az xəbər verir ki, Donbasda bir sıra obyektlərin kimyəvi silahlarla təxribat məkanına çevrilə biləcəyi xəbəri açıqlanıb: “Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş polkovnik-leytenantı Vasili Prozorov bildirib ki, Donbasda Ukrayna hərbçilərinin kimyəvi silahdan istifadə etməklə təxribatları məktəblərdə və ya xəstəxanalarda baş verə bilər.
Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın özəl hərbi şirkətlərinin Donbasda kimyəvi maddələrdən istifadə etməklə təxribat hazırladığını bildirib. Onun sözlərinə görə, bu məqsədlə Avdiivka və Krasnı Limana “kimyəvi komponentləri naməlum olan su anbarları” gətirilib.
Pentaqonun sözçüsü Con Kirbi cavab olaraq bildirib ki, bu, həqiqətə uyğun deyil".
Nigar

0.11275506019592