Türk lirəsi bir qədər möhkəmlənib
Paralel.az Türkiyə Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, Türkiyənin milli valyutası cümə axşamı günü 2% möhkəmlənib.
Dekabrın 23-də bir ABŞ dolları 11,82 lirəyə satılıb.
Bir həftə əvvəl Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15%-dən 14%-ə endirmək qərarına gəlib ki, bu da türk valyutasının növbəti kəskin devalvasiyasına səbəb olub. Türkiyənin milli valyutası bazar ertəsi dollara nisbətdə 18,4 lirə ilə rekord səviyyədə ucuzlaşıb.
Akif Nəsirli