Erməninin azərbaycanlı bilərək bıçaqladığı stomatoloq öldü
Paralel.az xəbər verir ki, Moskvada erməni Murad Ohanesyanın azərbaycanlı bilib bıçaqladığı həkim-stomatoloq xəstəxanada ölüb.
Məlumatda 41 yaşlı Camal Odilovun xəstəxanada keçindiyi bildirilib.
Qeyd edək ki, insident dekabrın 13-də Moskvanın Yasnaya küçəsində stomatoloji klinikada baş verib.
Murad Ohanesyan müalicə olunduğu klinikaya gələrək həkim-stomatoloq Camal Odilova bıçaqla çoxsaylı zərbələr endirib.
Ohanesyan müalicə nəticələrindən narazı qaldığını bildirib.
Lakin polis əməkdaşları tərəfindən saxlanılan erməni əsilli M.Ohanesyan dindirilmə zamanı müstəntiqə cinayət əməlini törətmə səbəbindən danışarkən Camal Odilovun məhz azərbaycanlı olduğunu düşündüyü üçün öldürmək istədiyini bildirib. Lakin əslində C. Odilova milliyətcə özbək olub.
A. Nəsirli