Sevimli tələbələrimə öyüdlərim... 

Sevimli tələbələrimə öyüdlərim... 
 


 
Siracəddin Hacı yazır:
Dünyanın elə bir aparıcı universiteti yoxdur ki, orada tələbələrim oxumasın. Sevimli tələbələrimə halallıq verərkən bunları söylədim: məni unuda bilərsiniz, haqqımı sizə halal edirəm, ancaq əsla və əsla Allahı, elmi, ədaləti, azadlığı, mərhəməti unutmayın. Bu, Allahın qanunudur, neməti-dəyəri unudan, onun uğrunda cihad etməyən o nemətdən məhrum qalar. Bu dəyərlərə həsr olunmayan ömür anlamsız, bərəkətsiz, xeyirsizdir, bu, həyat nemətini israf etməkdir, şükürsüzlükdür, şükürsüzlüyün nəticəsi də məna və məqsədini itirməkdir. Allahın və insanların rizası bu dəyərlər uğrunda mübarizəyə bağlıdır, dünyada iz qoyub gedən, insanlıq üçün böyük işlər görən elə bir şəxsiyyət yoxdur ki, bu dəyərlər uğrunda mübarizə aparmamış olsun. Xəyalını qurduğunuz Azərbaycanı və dünyanı sizə verməyəcəklər, ideallarınızın gerçəkləşməsi əməyinizə bağlıdır, dəyəriniz həqiqət uğrunda əməyiniz qədərdir. Ağlınız, vicdanınız, iradəniz, əməyiniz, ilahi rizaya aparan yolunuz açıq olsun, canımız Azərbaycan Sizlərə əmanətdir!
Ey Allahın çox istedad-nemət verdiyi Aərbaycan xalqı, cümən mübarək olsun !


Paralel.az

 
 
 
0.021196842193604