Masallıda ev yanıb

Masallıda ev yanıb
 

Paralel.az xəbər verir ki, Masallıda biri uşaq olmaqla iki nəfər evdə yanaraq ölüb.

Belə ki, evdə baş vermiş yanğın nəticəsində 1962-ci il təvəllüdlü Allahverən Fəyyaz oğlu Nəzərov və onun nəvəsi, 2017-ci il təvəllüdlü Rövşən Elşən oğlu Nəzərov evdə yanaraq ölüb.

Onların yanmış meyitləri aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
A. Nəsirli

0.016052007675171