Müdafiə Nazirliyinin işçisi həbs edildi
Paralel.az xəbər verir ki, Moskvanın Basmannı Məhkəməsi Müdafiə Nazirliyinin dövlət müdafiə sifarişinin təmin edilməsi üzrə departamentinin aparıcı müşaviri Aleksandr Lopatin barəsində ev dustaqlığı qərarı verib.
Bu barədə məhkəmənin mətbuat katibi Kristina Bulıqina bildirib. Onun sözlərinə görə, məhkəmə müstəntiqin vəsatətini təmin edib və ev dustaqlığı 2022-ci ilin 7 fevralınadək davam edəcək.
Lopatin Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində (xüsusilə külli miqdarda rüşvət alma) nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.(“RİA Novosti”)
Şahnaz Salehqızı