Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar... - VİDEO

Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar... - VİDEO
 

Ermənistanda daxili siyasi qarşıdurma davam edir, informasiya müharibəsi isə hər zaman onun mühüm tərkib hissəsi olub və gələcəkdə də belə olmaqda davam edəcək.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti analitik videosüjetdə bildirilib.

Müəllif qeyd edib ki, 2018-ci ildə baş vermiş “kabab inqilabı” da məhz bu prinsip əsasında həyata keçirilmişdi:

“İndiki “əks-inqilabın” əsasında məhz bu faktor dayanır, lakin bu dəfə klerikal qiyafədə”.
Süjetin davamında müəllif hazırkı hökuməti və baş nazir Nikol Paşinyanı sərt tənqid edən müxalifətçi, “Mənim adımla” podkastının aparıcısı Vazgen Saqatelyanın həbsini xatırladıb.

“Ermənistanda müxalifətin “Mənim şərəfim var” parlament fraksiyasının üzvü Tiqran Abramyan baş verənləri şərh edərkən söyləyib ki, hakimiyyətin əsas məqsədi Vazgen Saqatelyan deyil, cəmiyyətdə qorxu mühiti yaratmaq və aktiv vətəndaş mövqeyinə malik insanlara siqnal ötürməkdir”, - deyə süjetdə qeyd olunub.

Daha ətraflı videosüjetdə:

 

0.024755954742432