Rövşən Kəbirli yazır....
Həm özünü, həm də Qarabağı dillər əzbəri elə, hocam !
Qurban hocamla təmas imkanı olan dostlar, ona çatdırın ki, bu gün milyonların duası onlar üçün olduğu kimi, gözləri də onlara dikilib. İstəyimiz çox da deyil. “Omoniya” və “Kayrat”la səfər oyunlarında olduğu kimi, heç nədən çəkinmədən hücum futbolu oynasalar bəsimizdir. Çünki bunun qələbə gətirəcəyinə inanırıq. Şansı heç bir halda pley-oyfa buraxmaq olmaz.
Silahlı Qüvvələri olmayan ölkədir, onun komandasını diz üstə qoymaq olar və lazımdır.
Tövsiyyəm də var: Zubiri bir taym oynatmaq kifayətdir, çünki topala çox oynamağın aludəçisidir, sonu da 90 faiz uğursuzluqla nəticələnir. Laydivar, düşmən bağrı partladan çüssəyə sahib Kevin Medina, hətta yataqda olsa da, əsa ilə yerisə də mütləq start heyətdə meydana çıxmalıdır. İn şa Allah qələbəylə dönəndən sonra bir ay sərasər istirahət edər, zədəsini sağaldar. Yəqin “ordunu” ölüm-qalım savaşına da kapitan aparacaq. Xoşum gəlir bu Bakılı balası Maksimdən.
Və nəhayət, hocama deyin ki, qələbə qazanacaqları təqdirdə yəqin ki, vətənpərvə r və vicdanlı oliqarx-məmurlarımızdan birinin kişiliyi çatacaq İsveçrə banklarında saxladığı milyonlardan sizlərə babat qononar versin.
Allah yar və yardımçınız olsun aslanlar ! Bu gecə də Avropanın " dəmir ayaq "dan titrəyən gecəsi olsun !
Paralel.az