Qida Təhlükəsizliyi Agentliyi dövlət orqanları ilə birgə reydləri davam etdirir

Qida Təhlükəsizliyi Agentliyi dövlət orqanları ilə birgə reydləri davam etdirir
 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.

Paralel.az xəbər verir ki, agentlik əməkdaşları tərəfindən Qəbələ rayonu, Zarağan kəndində fəaliyyət göstərən Nəbiyev Arzu Zeynal oğluna məxsus “Bakı” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərindən  azı 80%-nin COVID-19 pasportunun olması tələb  olunmasına baxmayaraq müəssisədə çalışan işçilərdən 70%-nin COVID-19 pasportuna malik olduğu, sıxlıq normalarının gözlənilmədiyi, masaların üzərində və müəssisənin giriş hissəsində dezinfeksiyaedici vasitə yerləşdirilmədiyi, sıxlıq normalarına dair lövhənin olmadığı, məsul şəxsin təyin edilmədiyi, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.

Röyal, Paralel.az

0.012208938598633