"...Nəfsimi qane edə bilməzdim"

 

 

 

Şəmsəddin Əliyev yazır:

Əbu Turab Nəxşəbi müsəlman dövrünün comərd pirlərindən sayılardı.

Rəvayətə görə bir  gün Əbu Turab səfərə çıxır.Yolda könlünə soyutma yumurta ilə isti çörək düşür.Bu fikirlə də yolundan çıxıb görünən kəndə üz tutur. Sən demə son vaxtlar bu kənddə çoxlu oğurluqlar baş verdiyindən kənd sakinləri də oğruları axtarırmış.Təsadüfən Əbu Turab kənd əhli ilə qarşılaşır.Onlar Əbu Turabı ilk dəfə gördükləri üçün güman etdilər ki,elə oğru budur.Onu tutub qollarını sırıyırlar.Əbu Turabdan tələb edirlər ki,bu cinayətdə digər iştirakçıların da adlarını söyləsin.

Əbu Turab:Mən yoldan keçənəm, oğurluqla heç bir əlaqəm yoxdur desə də...

Amma ona inanmırlar və cəza olaraq ona səksən qırmanc vururlar.Bu vaxt camaatın içindən biri Əbu Turabı tanıdığına görə qışqırır: Dayanın, Allah xatirinə vurmayın,mən onu tanıyıram.O, oğru deyil, Əbu Turabdır, mal dövlət sevməyən, nəfsini içində həbs edə bilən comərd bir Tanrı bəndəsi,Əbu Turab!

Camaat gördükləri işdən xəcalət çəkib üzrxahlıq etdilər.Əbu Turabı tanıyan adam onu qaldırıb evinə aparır, yaralarına məlhəm qoyub sarıyır.Evdə yeməyə başqa bir şey tapmadığından o, qonağı iki soyutma yumurta və isti çörək olan süfrəyə dəvət edir.Əbu Turab süfrədəki çörəyi və yumurtanı yeyib bərəkətə ikram edə-edə: "Səksən qırmanc yeməmiş nəfsimi qane edə bilməzdim"- deyir.

Çalışaq nəfsimizin quluna çevrilməyək!Əks təqdirdə qirmanc yox,80 şallaq da yox, cəza sərt olacaq ...

Paralel.az

0.042052984237671