Mələk xanım hakimiyyətdən ayrıldı
Siracəddin Hacı yazır:
Almaniyanın Baş Naziri Angela (mələk) Merkel hakimiyyətə vida etdi. Onun şərəfinə öncə “Tanrıya şükürlər olsun” ilahisi, sonra da “Qızılgüllər üzərimə yağsın” mahnısı ifa olundu. O, gerçək siyasi lider kimi səmimi olaraq xalqına xidmət göstərdi, azadlığın, ədalətin, elmin, rifahın yollarını açdı, insan haqlarını qorudu, Almaniyanı dünyanın ən güclü dövlətləri sırasına yerləşdirdi, rüşvət almadı, haram yemədi, qohumlarını, yerlilərini vəzifəyə yerləşdirmədi, bankda hesablar, ölkələrdə villalar qoyub getmədi, haqqını tələb edən vətəndaşını döydürmədi, mən getsəm, Almaniya batar demədi. O, xalqını sevdi, sevgisini gözəl əməlləri ilə sübut etdi, elə buna görə də xalqının duasını aldı. Angela Merkel vidalaşarkən şərəfli hakimiyyət nemətini – xalqa xidmət göstərmək imkanını ona verdiyinə görə Allaha şükür etdi, gözü hakimiyyətdə qalmadan ayrıldı, xalqına ona güvəndiyinə görə sevgisini bildirdi.
Allah bərəkətli ömür versin, Mələk xanım!
Paralel.az