Erməni politoloq: ”44 günlük müharibə olmasaydı, Mirzoyanla Blinken görüşməyəcəkdi”

Erməni politoloq: ”44 günlük müharibə olmasaydı, Mirzoyanla Blinken görüşməyəcəkdi”
 

Paralel.az xəbər verir ki,  politoloq Suren Sarkisyan deyib: “Fakt faktlığında qalır. 44 günlük müharibə olmasaydı, nə Pompeo və Mnatsakanyan, nə də Mirzoyan və Blinken görüşəcəkdi.
ABŞ qlobal fövqəldövlət kimi Cənubi Qafqaza biganə qala bilməz. Söhbət təkcə kommunikasiyaların blokdan çıxarılmasından deyil, həm də ATƏT-in Minsk qrupunun fəaliyyətindən gedir. Məhz buna görə də ABŞ Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığını və tərəflərin yekun həll yolunun olmadığını bəyan edir. Bu o deməkdir ki, ABŞ-ın iştirakı ilə danışıqlar aparılmalıdır”.
Nigar

0.0070259571075439