Qəzaya uğramış helikopterin sağ qalan sərnişini danışdı
Paralel.az xəbər verir ki, DSX-nin qəzaya uğramış helikopterindən sağ çıxan hərbçilərdən biri - polkovnik-leytenant Emil Cəfərov qəza barədə aşağıdakıları deyib:
"Qəza enişin yerinə yetirilməsi zamanı baş verdi. Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterin desant daşıma sayı 24 nəfərdir. Sərnişin kabinəsinin girişinin yanında idim. Heç bir şübhəli məqam yox idi. Helikopterlərin hər ikisi təzədir. Hər bir şeyi yoxlanılmışdı. Qəza anı mənim üçün saniyələr idi. Küləklə bağlı heç bir məhdudiyyət aşılmamışdı. Proqnoza görə külək günortadan sonra olmalı idi".
A.Nəsirli