Qardaş ölkənin köməyi davam edir
Paralel.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin bu gün keçirdiyi həftəlik brifinqdə
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana Ermənistanın işğalından azad edilən bölgələrdə minatəmizləmə fəaliyyətlərinə dəstək verməyə davam edildiyi bildirilib.
“Bu günə qədər 128 kvadrat kilometr ərazi bölmələrimiz və Azərbaycan nümayəndələri tərəfindən təmizlənib. Bununla yanaşı, minatəmizləmə fəaliyyətləri çərçivəsində 1025 Azərbaycan personalına təlim keçilib. “İki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə birlikdə olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində bu günə qədər olduğu kimi, bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyimizi bir daha vurğulayırıq”, - deyə brifinqdə qeyd olunub.
Şahnaz