Balaxanı qəsəbəsində abadlıq işləri aparılır.
Parakel.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində abadlıq işləri aparılır.
Bu haqda bu gün, 30 noyabr tarixində Sabunçu rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Uzunluğu 1000, eni isə 7 metr olan qəsəbənin Cahangir Cahangirov küçəsinə asfalt örtüyü vurulub.
Həmçinin, aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması və məişət tullantılarının toplanması məntəqəsinin sahama salınması nəzərdə tutulub.
Bu kimi tədbirlər rayonun bütün qəsəbəslərində olan məhəllədaxili küçələrdə aparılması planlaşdırılır.
A.Nəsirli