Ceyhun Bayramov Hüseyn Əmir Abdullahian ilə görüşüb
Paralel.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb
Nazirlər bölgədəki cari vəziyyət, o cümlədən üç ölkə liderinin Soçi görüşü və 26 noyabr tarixində imzalanmış Bəyanat, ümumilikdə üçtərəfli bəyanatların icrası məsələləri, eləcə də bölgədə 3+3 formatında əməkdaşlıq platformasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıblar.
A. Nəsirli