“Putinin bu çağırışı, birbaşa Ermənistana aid idi”
Çingiz Şahbazi yazır:
Dünənki Soçi görüşündə, yeni heç bir şey tövsiyə olunmadı.Amma bundan öncəki görüşlərin davamı olaraq, hər iki ölkənin öhdəliklərinin yerinə yetirilməsi istiqamətində işlərin davam etdirilməsi və yerinə yetirilməsi yenidən tövsiyə olundu.
Rusiya prezidenti Vladimir Putin, Azərbaycan və Ermənistan hökumət başçılarına, sərhədlərin müəyyənləşdirilməsini və dovlətlərin ərazi bütövlüyünü, suverenliyini tanımağa çağırıb.Bu çağırış əslində heç də Azərbaycan tərəfinə aid deyil.Çünki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyıb.Putinin bu çağırışı, birbaşa Ermənistana aid idi.
Bundan əlavə Putin Zəngəzur dəhlizinin və kommunikasiyaların tezliklə açılmasının tərəfdarı olduğunu deyib.Çünki,bu dəhlizin açılmasında Rusiyanın da maraqlı olduğu bildirilib.Əslində bu tövsiyələr də Ermənistana aiddir.
Dünyanın iqtisadi cəhətdən yenidən şəkillənməsi prosesi gedir.Son zamanlar yeni lahiyələr üzərində mübarizələr içində, Cənubi Qafqaz da yer alır.Məhz bu baxımdan Zəngəzur dəhlizinin reallaşması bir tək Azərbaycan tərəfinin marağında deyil.Bu dəhliz həmçinin Çin , Rusiya, İngiltərə kimi böyük dövlətlərin də marağ dairəsindədir.
Bütün bu olub bitənlər erməni hökumət başçısı Paşinyanı, qarşıda çətin günlərin gözlədiyini xəbər verir.O Rusiya prezidenti Putinin iradlarını və öhdəlikləri yerinə yetirməkdən başqa yolun olmadığını anlayır.Həmçınin də erməni baş nazir Abş və Fransanın təzyiqlərinə qarşı mubarizə aparmalıdır.
Konkret olaraq demək olar ki,bu görüşün görünən tərəfinə istinad etsək,dünənki görüş bizim üçün daha çox xeyirli oldu, nəinki Ermənistan tərəfi üçün.
Paralel.az