Soçi görüşünün nəticələri

Soçi görüşünün nəticələri
 

Siracəddin Hacı yazır...

a) Rusiyanın mövqeyi
- Rusiya Soçi görüşündən öncə Moskva görüşünü planlaşdırmışdı. Ermənistan bir sıra məsələlərlə razılaşmadı, etiraz etdi, bu görüş baş tutmadı;
- Azərbaycan və Ermənistan rəhbərlərinin Avropanın vasitəçiliyi ilə Brüsseldə görüşməsi qərarı verildi;
- bu, Rusiyanı narahat etdi, Güney Qafqazdakı hegemonluğuna Avropanın müdaxiləsini istəmədi;
-  Moskva görüşünə gəlməyən Paşinyanı Azərbaycanın əli ilə cəzalandıran Putin Soçi görüşündən öncə iki dəfə Paşinyana zəng etdi, Ermənistanın zərərinə olacaq hər hansı bir sənədin imzalanmayacağı vədini verdi, onu Soçiyə gəlməyə razı saldı. Paşinyan da Qarabağ Ermənistandır mesajını verərək – biz məğlubiyyəti qəbul etmirik deyərək Soçiyə getdi;
- Putin Brüssel görüşünün önəmini azaltmağa çalışdı, Avropaya bu mesajı verdi: Güney Qafqaz Rusiyanındır, bu bölgənin ağası Rusiyadır. Putin bu mesajını liderlərin oturuş biçimi ilə də, bölgədə Rusiyanın rolu artırılmalıdır tezisi ilə də ortaya qoydu;
b) Azərbaycanın mövqeyi
- Azərbaycan hakimiyyəti Rusiyanın Güney Qafqazdakı hegemonluğunu qəbul edirik, Azərbaycan Rusiyanın təsir məkanında qalmalıdır anlayışına sədaqətini ifadə etdi;
- Prezident dedi ki, Rusiya bizim üçün strateji müttəfiqdən də önəmlidir;
- O, Rusiyanın monopoliyasında olan Qarabağdan (Xankəndi) danışmadı, Rusiyanı qıcıqlandıracaq heç bir addım atmadı, Qarabağdakı işğalçı rus ordusunun fəaliyyətindən razı olduğunu bildirdi, sərhədlərin müəyyən olunması, yolların açılması ilə bağlı məsələləri önə çıxartdı;
c) Ermənistanın mövqeyi
- Paşinyan Rusiyanın dəstəyini deyil, erməni xalqının səsini almış lider kimi danışdı;
- Ermənistanın mənafelərini sıraladı;
- Qarabağ məsələsi həll olunmayıb dedi;
- Putinin üzünə dedi ki, ATƏT-in Minsk qrupu bölgəyə gəlməlidir, yəni bölgədə Rusiyanın ağalığından məmnun deyilik;
- Putinin üzünə dedi ki, Ermənistan Azərbaycanla ikitərəfli danışıqlar istəyir;
- O dedi ki, Zəngəzur koridoru/dəhlizi olmayacaq, yollar isə açılacaq;
- Paşinyan Azərbaycanı Ermənistanın ərazisini işğal edən dövlət kimi tanıdı;
d) Bu qədər fərqin səbəbi nədir?

Səbəb budur: Azərbaycan Güney Qafqazın Rusiyanın təsir məkanında qalmasını istəyir, Ermənistan isə Güney Qafqazın Rusiyanın təsir məkanından çıxmasına çalışır. Liderlərin addımları hədəflərinə uyğundur.
e) Nəticə 

Rusiya Paşinyanın ahəngi pozduğunu – onun ağalığını qəbul etmədiyi ni bir daha gördü, onu cəzalandırmaq üçün yeni addımlar atacaq, bu məqsədlə Azərbaycandan istifadə edəcək, Azərbaycanın canı yanacaq...  

Paralel.az

    

0.017844915390015