Əliyev Qarabağda sülhün qorunmasında Putinin rolunu yüksək qiymətləndirib

Əliyev Qarabağda sülhün qorunmasında Putinin rolunu yüksək qiymətləndirib
 

Azərbaycan prezidenti Əliyev Rusiya prezidenti Putinə Qarabağda göstərdiyi köməyə görə təşəkkür edib

Paralel.az Lenta.ru-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putin Soçidə ikitərəfli danışıqlar aparıb və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı bir sıra mühüm məsələləri müzakirə ediblər. Görüşün yayımı YouTube-da mövcuddur.

iki ölkə liderləri Qarabağın sülh yolu ilə nizamlanmasının vacibliyini və regionda sabitliyin bərqərar olması üçün Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına başlamağın vacibliyini qeyd ediblər. Əliyev Qarabağda sülhün qorunmasında Putinin rolunu yüksək qiymətləndirib və Rusiya sülhməramlılarının mühüm rolunu vurğulayıb.

Bundan əlavə, Azərbaycan rəhbəri qeyd edib ki, son bir ildə Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında ciddi insident baş verməyib. O, ümid etdiyini bildirib ki, ölkələr bu istiqamətdə gələcəkdə də sıx əməkdaşlıq edəcəklər.

Söhbət zamanı tərəflər, həmçinin Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi və mədəni sahələrdə əlaqələrin uğurlu inkişafını müzakirə ediblər, həmçinin bütün sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üzrə gələcək planlardan danışıblar.
A.Nəsirli

0.069986820220947