Azadlığa buraxılan qadın yenidən həbs edildi

Azadlığa buraxılan qadın yenidən həbs edildi
 

Paralel.az xəbər verir ki, Daxili İşlər Nazirliyinini bir neçə gün öncə dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da onların külli miqdarda pul vəsaitini ələ keçirən mütəşəkkil cinayətkar dəstənin ifşa edilməsi barədə məlumat yaymışdı.

Bir gün sonra saxlanılanlardan biri Gülara Abdullayeva sərbəst buraxılmısdı.

Lakin, sonradan G.Abdullayevanın polisin nəzarətinə verilmə qətimkan tədbirinin şərtlərini pozması və zərərçəkən şəxslərə təzyiq etməsi müəyyən olunduğundan o, yenidən saxlanılaraq məhkəməyə təqdim edilib.
Məhkəmə isə qadın haqqında dörd aylıq həbs qərarı çıxarıb.
Akif Nəsirli

0.032109975814819