Sülh müqaviləsi imzalanacaq?
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
Paralel.az xəbər verir ki, siyasi şərhçi Tehran Orucoğlu bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında körpü rolunu oynamağı çoxdan arzulayırdı: əslində işaldan azad
olunmuş torpaqlarında Avropa İttifaqınında iqtisadi maraqları olduqca böyükdür. Problemin həlli, delimitasiya və demarkasiya prosesin tez başa çatması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması Aİ ölkələrinədə sərf edir.
Bunları nəzərə aldığımızda, Aİ-nin ölkə başçılarının görüşməsi və ortaq məxrəcə gəlməsi üçün atdıqları addımları anlamaq mümkündür. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Azərbaycan, onsuz da, sərhədlərin müəyyən edilməsi və sülh müqaviləsinin tez bir zamanda imzalanmasını dəstəkləyir və bunun üçün addımlar atır. Düşünürəm ki, ölkə rəhbərləri üçün Avropa İttifaqının yaratdığı şərait proseslərin sürətlənməsində olduqca vacibdir. Bu gün Azərbaycan söz sahibidir. Nə Avropa İttifaqı, nə Rusiya, nə də başqa bir ölkə Azərbaycana diqtə edə bilər. İstər Rusiya, istər Avropa İttifaqı ölkələri də Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyir. Çünki regionda münaqişəni qorumaq yox, iqtisadi əlaqələrin inkişafı, yeni nəqliyyat dəhlizlərinin işə düşməsi bu ölkələrin maraqlarına daha çox xidmət edir”.
Sülh müqaviləsi imzalanacaq?
“Proseslər, siyasi gedişlər hər an dəyişir. Lakin, düşünürəm ki, ölkə rəhbərlərinin görüşü sülh müqaviləsinin imzalanması üçün “start” rolunu oynayacaq. Sülh müqaviləsi üçün şərtlər olduqca vacibdir. Əgər Ermənistan iddialarından əl çəkəcəyi, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın maraqlarını dəstəkləyən müddəanı qəbul edəcəksə, biz o zaman sülh müqaviləsini bağlaya biləcəyik. Təbii ki, revanşist qüvvələr aktivliyini qoruyur. Burada yük daha çox Nikol Paşinyanın üzərinə düşür. Bu gün Ermənistan reallığının da başqa bir variant yoxdur. Çünki son təxribatlarda KTMT və digər ölkələri münaqişəyə cəlb etmək planları da iflasa uğrayıb. Bütün kartları açıblar. Reallıq odur ki, onlar bu oyunun məğlub oyunçularıdır”.
Aqil Bəkir