Yeni Azərbaycan Partiyasının yaranmasından 29 il ötür

 Yeni Azərbaycan Partiyasının yaranmasından 29 il ötür
 

1992-ci il 21 noyabr tarixində Azərbaycanın siyasi səhnəsində Yeni siyasi təşkilat – Yeni Azərbaycan Partiyası yarandı. Həmin ağır və gərgin dövrdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın Müdrik Lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşdilər.
Sonrakı illərdə Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Partiyanın nüfuzu, üzvlərinin sayı daha da artdı.
Heç şübhəsiz ki, bu gün Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında özünə məxsus yeri var. Partiya Azərbaycandakı digər partiyalarla sıx əməkdaşlıq edir. Partiyanın fəaliyyətində siyasi dialoqun inkişafı prioritet istiqamətlərindən birini təşkil edir.

Paralel.az

0.018258094787598