Polis əməkdaşı velosipedçini öldürüb 

Polis əməkdaşı velosipedçini öldürüb 
 

Göyçayda polis əməkdaşı xidməti avtomobillə velosipedçini vuraraq öldürüb 

Paralel.az xəbər verir ki, Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı, Göyçayın Potu kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Cavid oğlu xidməti avtomobillə hərəkətdə olarkən Göyçay şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçini, 1992-ci il təvəllüdlü Qurbanov Fərid Bayram oğlunu vurub. O, aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. 
Faktla bağlı araşdırma aparılır.

Paralel.az

0.085709095001221