Bərdədə yalan məlumat verən şəxs saxlanılıb

Bərdədə yalan məlumat verən şəxs saxlanılıb
 



Tovuz rayon sakini Daşqın Ələsgərov noyabrın 19-u səhər 06:30 radələrində Bərdə RPŞ-yə müraciət edərək rayon ərazisindəki "Mal bazarı" adlanan ərazidə olarkən iki naməlum şəxsin ona bıçaqla xəsarət yetirməsi və 11 min manat pulunu cibindən aparması barədə məlumat verib.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində D.Ələsgərovun 11 min manat məbləğində borclu olduğu, borcu qaytarmamaq üçün isə naməlum şəxslərin ona xəsarət yetirməsi və pulu qaçırması barədə yalan məlumat verdiyi müəyyən edilib.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Şahnaz Salehqızı

0.058350086212158