Məğlub Ermənistan həm acizliyini etiraf edir, həm də olmayan gücündən dəm vurur

Məğlub Ermənistan həm acizliyini etiraf edir, həm də olmayan gücündən dəm vurur
 

Paralel.az xəbər verir ki, erməni mətbuatında ölkənin hazırkı durumunu əks etdirən material dərc edilib. Material məğlub ölkənin hazırkı hərbi-siyasi vəziyyətini həzm edə bilməyən məqamlarla, fəqət buna rəğmən, yersiz iddialarla doludur. Məqalədən bəzi hissələr: “Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyan deyir ki, Dağlıq Qarabağın subyekt kimi formalaşmasının qanuniliyinin tanınması məsələsini gündəmə gətirmək lazımdır. O, hesab edir ki, bu, statusun müəyyənləşdirilməsi ilə bağlı gələcək danışıqlar üçün əsas olacaq. Əgər Ermənistan tərəfi bu prosesə başlamasa, o zaman bizim beynəlxalq tərəfdaşlarımızdan tələb edəcəyimiz heç nə yoxdur.

Bu adama nə deməliyik? O, ya çox sadəlövhdür, ya da özünü və çox da nüfuzlu olmayan partiyasını yada salmaq üçün bəhanə tapıb. Qarabağ probleminin həllinin yalnız bir yolunu - ermənilərin öz torpaqlarından qovulmasını istəyən Azərbaycanla statusla bağlı hansı danışıqlar ola bilər? Cənubi Qafqazı təkcə Artsaxsız deyil, həm də Ermənistansız görmək istədiyini gizlətməyən, erməni abidələrini metodik

şəkildə sökən və tarixi şəxsiyyətlərini təhrif edən Azərbaycanla...

Bizim üçün “Dağlıq Qarabağın subyekt kimi formalaşmasının qanuniliyinin tanınması məsələsi” hələ 1988 və 1992-ci ildə həll olunub. O, sovet Konstitusiyasına uyğun olaraq Azərbaycandan çıxarıldı. Biz yalnız bir dili - güc dilini anlayan bir düşmənlə danışırıq. İndi də bizi dəmir yumruqla hədələyirlər.

Belə bir rəqiblə “Dağlıq Qarabağın yaranmasının qanunauyğunluğunu tanımaq” haqqında danışmaq avtobusa silahlı quldurun mindirilməsi və konduktorun ondan gediş haqqı istəməsi kimi bir şeydir.

Dünya qəddar və ədalətsizdir. Və etiraf etməliyəm ki, əgər biz zəif olsaq, həqiqətən bizimlə hesablaşmayacaqlar. Üstəlik, Azərbaycan-Türkiyə hərbi qruplaşmasına “Əlini məndən çək!” deyəcək hökumətimiz də yoxdur.

Ona görə də parlamentimiz öz qüvvələrini yenidən qurmalı və bu işdə bizə kömək edə biləcək şəxslərdən dəstək almalıdır. Bu, bir-iki ilin məsələsi deyil. Və bu bizdə normal, vətənpərvər və ən əsası, ağıllı bir hökumətin sükan arxasında olması zamanı mümkün ola bilər”.

Hansı vəziyyətdə, durumda olduqlarının mənzərəsini göstərən bu məxluqat haqqında artıq sözə nə hacət?!

Nigar

0.016020774841309