Britaniyanın ilk milyarder musiqiçisi odur

Britaniyanın ilk milyarder musiqiçisi odur
 

Dünya şöhrətli müğənni Pol Makkartni son bir ildə sərvətini artıraraq Britaniyanın ilk milyarder musiqiçisi olub.

Paralel.az xəbər verir ki, bu barədə 2024-cü ilin ən zəngin insanlarının siyahısını tərtib edən "The Sunday Times" məlumat yayıb.

Varlı insanların reytinqində Makkartni 165-ci yerdə qərarlaşıb. 81 yaşlı musiqiçi ötən il qastrol səfərləri və diskoqrafiya satışları hesabına sərvətini 50 milyon funt sterlinq artırıb.

Onun sərvəti hazırda 1,3 milyard dollar dəyərində qiymətləndirilir.

 

0.025698900222778