Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR
Aviasiya Təhlükəsizliyi Şəbəkəsi İran prezidentinin qəzaya uğrayan helikopterinin Amerika istehsalı "Bell 412" olduğunu təsdiqləyib. İranın birinci şəxsinin 50 il bundan öncə, İran şahı Rza Pəhləvi dövründə alınan helikopterdən istifadəsi ağlasığmazdır.
Paralel.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, bu helikopterin ən qədim versiyası elə 1979-da hazırlanıb:
"Güman ki, İran da elə o zamanlar bunu alıb. ABŞ sanksiyaları səbəbindən İran bu helikopterləri, öz daxili resursları hesabına təmir edib istifadəyə yararlı vəziyyətə gətirirmiş".
Ekspert deyir ki, İran prezidentinin əvvəllər daxili səfərlər üçün Rusiya istehsalı olan Mi-171 helokopterindən istifadə etməsi haqqında da xeyli məlumatlar açıqlanıb. Məhz bu səbəbdən əvvəlcə qəzanın bu helikopterlə olması məlumatları yayılmışdı.
"Xatırladıram ki, Azərbaycanın Hərbi Hava Quvvələri də ən müasir "Bell 412" helikopterlərinə malikdir və hərbi paradlarda nümayiş olunub. O zaman Azərbaycan bu helikopterləri alanda düşmənlərimiz xeyli hay-küy salmışdılar. Bəlkə də, İran prezidenti Azərbaycanın da bu helikopterə sahib olmasını nəzərə alaraq "Mi-171"ə deyil, köhnə model "Bell 412"ə üstünlük verib", - deyə O. Gündüz əlavə edib.