3-cü doza- vurulsun, vurulmasın?

3-cü doza- vurulsun, vurulmasın?
 
Yoluxmanın artması, pandemiyaya səbəb olmayacaq
 
Paralel.az xəbər verir ki, hazırda ölkəmizdə koronavirusa yoluxmada sabitlik mövcud deyil. Məsələn, keçən həftənin şənbə və bazar günləri,- oktyabrın 23 -də yoluxma-2315 nəfər olduğu halda, oktyabrın 24-də 2036 nəfərə düşüb. Oktyabrın 25-i bazar ertəsi günü isə ümumiyyətlə 1477 nəfərə olub. Oktyabrın 26-da isə yenidən artaraq iki min həddini keçərək 2266 nəfərə çatıb. Bir çoxları bunun səbəbini məktəblərin və şadlıq evlərinin fəaliyyətində görür. Amma, ən əsas məsələ odur ki, bütün bu halların qarşısının alınması üçün hər kəs özünü qorumalıdır. Bunun da əsas yolu peyvənddən keçir. Bu gün Azərbaycanda demək olar ki, əhalinin böyük əksəriyyəti 1-ci mərhələ üzrə 5 milyondan artıq, 2-ci mərhələdə isə 4 milyondan çox insan peyvənd olunub. Ümumilikdə isə ölkəmizdə bu günə qədər peyvənd olunanların sayı 9 milyondan çoxdur. Son günlər ölkəmizdə caxta karona pasportu alan və verənlərin aşkar olunması, bu rəqəmlərə bir qədər kölgə salsa da, ümumilikdə Azərbaycanda kollektiv immunitetin yarandığını demək olar.
Bu gün yoluxma və ölüm hallarının artması, bir sıra həssas insanları təşvişə salıb və 3 doza peyvəndin vurulmasının nə dərəcədə effektli olacağını düşünənlər var.
Rusiyanın «Sputnik-V» peyvəndinin yaradıcısı A. Hintsburq hesab edir ki, peyvəndin optimal təsir müddəti 6 aydır. Alim onu da qeyd edir ki, 3-cü doza peyvəndi 6 aydan əvvəl də qəbul etmək olar, amma onun heç bir nəzərəçarpan effekti olmayacaq. Əgər peyvənd 6 aydan sonra vurulursa, onun təsiri və qoruma gücü daha yüksək olur. Buna görə də, tələsmək lazım deyil. Bu gün «COVİD 19» Azərbaycanda pandemiya yaradacaq gücdə deyil. Yoluxma hallarının artması isə insanların məsuilyyətsizliyin nəticəsidir. 
Yaxın zamanlarda bu bəladan qurtulmaq arzusu ilə: ÖZÜNÜZÜ QORUYUN Kİ, BAŞQALARINI DA QORUMUŞ OLASINIZ!
 
YUSİF SEYİD
0.16423201560974