Karaca müştərilərə meydan oxuyur

Karaca müştərilərə meydan oxuyur
 

Onlayın ticarət Karaca mağazalar şəbəkəsinə müştərilərə keyfiyyətsiz məhsul sırımaq üçün bir fürsətdir

Son zamanlar əhali onlayn ticarətdə müxtəlif mağazalardan redaksiyamıza şikayətlər ünvanlayır. Bəziləri onlara keyfiyyətsiz mal verilməsindən, bəziləri istədiyi malı gətirmədiklərindən və s.-dən şikayətlənirlər. Bu gün redaksiyamıza müraciət edən Nərimanov rayon şakini Mirhəsənova İnarə Vaqif qızı Karasa mağazasından ona istədiyi malı deyil, başqasını verdiklərini dedi.

Vətəndaş redaksiyamıza ünvanladığı məktubda yazır ki, sentyabrın 1-də N.Nəsimi rayonu, Azadlıq pr. 99 ünvanında yerləşən Karaca mağazasına yaxınlaşdıqda xahiş olundum ki, mağazanı tərk edim - COVİD-19 pasportum olmadığına görə alış-verişi yalnız onlayın sifariş əsasında edə biləcəyimi dedilər; "Sentyabrın 2-də mən onlayn qaydada Karaca-nın rəsmi "İnstagram" səhifəsində sifarişimi yerləşdirdim, Sentyabrın 3-də isə həmin sifarişi təhvil aldım. Cəmi 199.10 AZN ödədim.  Sifarişim 2 eyni tipli yataq dəstindən və bir tava-qazan dəstindən ibarət idi. Birinci yataq dəstini açıb görəndə ki, dəst mən istədiyim deyil, ikincini açmamış dəsti başqasına dəyişmək istədim. "İnstagram" vasitəsi ilə məsələ barədə dərhal müraciət etdim. Cavab gəldi ki, bu artıq qeyri-mümkündür. Səbəbi də sifarişin onlayn qaydada verdiyim qeyd olunub (yazışma mövcuddur). Mən malı götürüb, mağazaya getdim. Bu dəfə məni içəri buraxdəlar, lakin mal onlayn alındığı üçün kömək ala bilmədim. Məsləhət bildilər ki, problemi yalnız "İnstagram" üzərindən həll edə bilərəm. Mağazada olanda mağazanın meneceri ilə görüşmək istədim. Kassanın arxasında duran bəy özünü menecer kimi təqdim etdi və yenə də vurğuladı ki, onlayn sifarişlərə mağaza cavabdeh deyil. Belə çıxirki komplektsiz və istehlakçının tələbatına uyğun olmayan mali istehlakçıya satıb pulunu almaq üçün onlayın satış bir fürsətdir!

 Sentyabrın 3-də mən Karaca-nın elektron ünvanına şikayət məktubu göndərdim. Cavab gəlməyib. Daha sonra mağazanın "WhatsApp" nömrəsinə yazdım.

Heç yerdən cavab gəlməyəndən sonra, mən İqtisadiyyat Nazirliyin qaynar xəttinə zəng etdim. Şikayətim qeydə alındı və bir neçə gündən sonra Antiinhisar departamentinin nümayyəndəsi Nərmin Əhmədova mənimlə əlaqə saxladı və məhsula aid olan çekləri onun eleltron ünvanına göndərməyi xahiş etdi. Həmin gün bütün sənədlərin şəkillərini qeyd olunan ünvana göndərdim".

Şikayətçi qeyd edir ki,ktyabrın 1-də mənim adıma Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məktub gəldi: "Məktubda qeyd olunub ki, "Evfemiya" MMC (Karaca) Dövlət Xidmətinə məktub göndərərək bildirdi ki, məhsulun əmtəə görünüşü pozulduğuna görə məhsul geri qaytarıla bilməz. Əlavə olaraq bildirilib ki, əgər mən "Evfemiya" MMC-nın rəsmi cavabı ilə razı deyiləmsə, mənim məhkəməyə müraciət hüququm var.

Halbuki, nə şirkət, nə də Dövlət Xidməti məhsulun vəziyyətini araşdırmayıb, Baxmayaraq ki, mən Dövlət Xidmətinin nümayəndəsinə ilkin müraciət edəndə bir neçə dəfə vurğuladım ki, mən malın qaytarılması ilə bağlı onlayn qaydada imtinanı cavabı aldım. Bu isə o deməkdir ki, malın əmtəə görünüşünü görmədən mənə imtina cavabı göndərilib".

Biz Karaca mağazalar şəbəkəsinin internetdəki rəsmi ünvanına telefon açdıq, lakin dəstəyi qaldıran olmadı. Daha sonra isə N.Nərimanov filialı ilə əlaqə saxladıq. Filialdan dedilər ki, onlar onlayın qaydada alınmış mallara cavabdeh deyillər. Mağazadan bildirdilər ki, onlayın ticarətlə bağlı 0773242500 mobil nömrəyə zəng edə bilərsiniz. Bu nömrədən də bizə cavab verən olmadı, lakin nömrənin "WhatsApp" şəbəeəsinə şikayət barədə yazdıq. Oradan isə yazdıdar ki, şikayətinizi 0773242515 mobil nömrəsinin "WhatsApp" şəbəkəsinə göndərin.  Həmin nömrə isə ümumiyyətlə internet şəbəkəsinə qoşulmayıb, zənglərə isə cavab verilmir.

Bütün bu ötür-ötür oyununun səbəbi artıq məlumdur. Dövlət Xidmətinin sorğusuna şirkət malı görmədən özündən səbəb uydurursa, deməli Karaca və ya "Evfemiya" MMC sata bilmədiyi keyfiyyətsiz malları müştərilərə sırımaq üçün onlayıvn ticarəti bir fürsət kimi tanıyıb.

Karaca və ya "Evfemiya" MMC sorğumuza mövqe bildirərsə, onların da fikirlərini dərc etməyə hazırıq. Biz yazı dərc edilənə qədər də bu şirkətin özünümüdafiə hüququnu tanımışıq, onların bir neçə mobil və stasionar nomrələri ilə əlaqə saxlamağa çalışmışıq. Lakin Karasa özünü elə sığortalı bir şirkət kimi apararaq, özünümüdafiəyəyə ehtiyac duymur.

Akif Nəsirli

Paralel.az

0.052138090133667