Pandemiya​ bitəcək?!

Pandemiya​ bitəcək?!
 
Həqiqət nə qədər acı olsa da, yaxşıdır min yalandan
Paralel.az xəbər verir ki, koronavirusa qarşı mübarizədə tətbiq olunan son yumşalmalar, deyəsən kimlərisə yaman narahat edir. Bu onların açıqlamalarından da hiss olunur. Onların «yumşalmalar, yoluxmaların artmasına səbəb ola bilər kimi, bəyanatları insanları narahat edir. Eyni zamanda, «pandemiyanı dünyaya yayan» Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) rəsmiləri əgər peyvəndlənmə bu templə davam edərsə, gələn ilin mart ayında pandemiyanın bitəcəyini iddia edirlər. Onların son hesablamalarına görə, hər gün​ dünyada insanların bu virusa yoluxma sayı 400.000 nəfər azalır,​ belə davam edərsə, mart atında panfemiyanın bitəcəyini düşünürlər.
Amma bizim mütəxəssisləriniz yumşalmaya getmək səbəbiylə yoluxma hallarının artacağını ehtimal edirlər.
Əsas məsələ odur ki, hələ bir neçə ay əvvəl əhalinin 3 milyon nəfəri​ peyvənd olunarsa, pandemiya bitəcək deyənlər, daha sonra bu rəqəmi 6 milyona, bir qədər də sonra 8 milyona qaldırdılar. Bir müddət əvvəl isə ölkəmizdə 6 milyon insanın peyvənd olunduğu bildirildi və bir sıra yumşalmalar oldu. İndi isə həmin mütəxəssislər bəyan edirlər ki, kollektiv immunitetin yaranması üçün əhalinin 80 faizi peyvənd olunmalıdır. Eyni zamanda bildirilir ki, bu günə qədər 3 milyon 800 min nisan 2 doza vaksin alıb. Belə olduğu təqdirdə, nədən qorxuruq? Bax, bunu heç kim bilmir.
Sadə bir hesablama- son açıqlamalara görə,​ Azərbaycan əhalisi 10 milyon nəfərdən bir qədər çoxdur. Onlardan seçici hüququ olan təxminən 5 milyon nəfərdir​ (xariclə yaşayanların da böyük əksəriyyəti seçici hüququ olan insanlardır, təxminən 1 milyon). Bu isə o deməkdir ki,​ ölkəmizdə peyvənd olunmalı insanların hamısı​ (yeni yaş artımı istisna olmaqla),​ artıq bu prosesi keçib.Yəni ölkəmizdə artıq kollektiv immunitet yaranıb. İndi sadəcə, hər kəs özünü qorumalıdır. Marta qədər isə yəqin ki, 2 doza alanların sayı hətta 5 milyonu keçəcək. ​ Qorxulu heş​ nə yoxdur. Artıq ermənilərə də, koronaya da qalib gəldik. Qalır, bu xalqı və dövləti zəlil gününə qoyan talançı, quldur məmurlar.​ İnşəallah, yaxın zamanlarda prezident​ onlara da, layiq olduqları yeri göstərəcək.
Yusif Seyid
0.019169092178345