Güllə qabağında duruş gətirənlər “Pati”yə əyilir
44 günlük müharibədə Azərbaycan gəncliyinin, hətta azyaşııların sərgilədiyi vətənpərvərlik, gənc əsgər və zabitlərin döyüş ruhu, vətən sevgisi təkcə düşmən Ermənistanı deyil, həm də ölkəmizə dost münasibət bəsləməyən yaxın, uzaq dövlətləri əndişələndirir, düşündür. Onlar bu ruhu sarsıtmaq üçün məkrli planlar cızır, onu reallaşdırmağa çalışırlar. Məhz müharibədən sonra ölkəmizdə sürətlə yayılan narkotikanın yeni, daha zərərli “Pati” və şüşə kimi növlərin təsadüfi hal hesab etmək olmaz. Fikir verin, düşmən hardan başlayıb, hədəf kimi kimləri seçib-azyaşlı və yeniyetmələri. Əgər əvvəllər heroin, kokain və digər narkotik tərkibləri maddələrin istifadəçiləri əsasən yaşı 20-dən yuxarı olanlar arasında yayılırdısa bugün bu yaş həddi 12-dən başlayır. Məqsəd xalqımızın genefondunu həqiqən məhv etməkdir. Üzücü olan odur düşmən hiyləsinin məramını anlamayan bəzi yaşlı insanlar, hətta polis orqanlarında yuva salmış cinayətkar şəbəkə narkotika bazarının genişləndirilməsində bilavasitə iştirak edirlər. Şübhəsiz bu məsələdə valideyn məsuliyyətsizliyi də ciddi rol oynayır. Və nəzarətsiz qalan uşaqlar çox asanlıqla narkobaronların, bariqaların qurbanına çevrilir. Uşaq sadlövhlüyündən istifadə edən kriminal ünsürlər yayıcı kimi də məhz günəmuzd işlətdikləri yeniyetmələrin əməyindən bəhrələnir. Başqa sözlə, yayıcı uşaq öncə həmyaşıdı olanlara “Patı”, yaxud şüşəni pulsuz verir, aludəçilik yaratdıqdan sonra isə pulla satırlar. İddialara görə əvvəllər xaricdən gətirilən bu maddələr artıq gizli şəkildə ölkə ərazisindəki sexlərdə istehsal edilir.
Gələcəyimizi zülmətə sürükləyən bu təhlükənin qarşısını vaxtında ala bilməsək 2-3 il sonra düşmənə qarşı duracaq sağlam, yurdsevər gənci çıraqla axtarmalı olacağıq.
Doğrudur, sosial şəbəkələrdə həyacan təbili çalınandan sonra DİN bütün imkanları ilə olayın üstünə gedir amma o da bəlli həqiqətdir ki, narkobazarın himayəçiləri və körükçüləri arasında çoxluq da məhz polis mundirini çirkli pula satan paqonlu qanun keşikçilərinə aiddir.
Səma