“Həftənin şənbə günləri ictimai nəqliyyatın işləməsinə icazə verilsin!”

“Həftənin şənbə günləri ictimai nəqliyyatın işləməsinə icazə verilsin!”
 

Bəlli olduğu kimi, orta təhsil müəssisələrində əyani təhsilə start verilib. Artıq sentyabrın 22-dən ibtidai siniflərdə dərslər başlayıb, ayın 29-dan isə yuxarı siniflərdə dərslər başlayacaq. Əyani təhsilin keçirilməsiylə əlaqədar həftənin beş günündən savayı, orta məktəb şagirdləri incəsənət, fərdi bacarıq, idman istiqamətli məşğələlərə, hazırlıq kurslarına və s. də gedəcəklər. Bu proseslərin həyata keçirilməsi üçün dərsdən əlavə vaxtın tənzimlənməsi də vacibdir. Fəqət mövcud karantin dövrünün tələblərinə uyğun olaraq, neçə müddətdir ki, həftənin şənbə-bazar günü ictimai nəqliyyat işləmir. Valideynlər də bu məsələnin hansısa formada artıq həll olunmasını tələb edirlər: “Keçənilki tədris prosesində dərslər əsasən, onlayn formada keçirilirdi. Bəzi valideynlər də rəhbərliyin icazəsi ilə övladlarının məktəbə getməməsi üçün rəsmi icazə almışdılar. Bu mənada, ictimai

nəqliyyatın işləməməsi çox ciddi problem yaratmırdı. Lakin indi ənənəvi dərslər bərpa edilib. Amma yenə də şənbə-bazar günləri ictimai nəqliyyat işləmir. Övladlarımız üçün dərsdən kənar vaxtlarda məşğələlərə və kurslara getmək işi çətinləşir. Həmin məşğələ məkanları ərazi baxımından müxtəlif yerlərdə yerləşdiyi üçün ictimai nəqliyyatın işləməsinə böyük ehtiyac var. Vəziyyətimizi nəzərə alaraq, heç olmasa, şənbə günləri avtobus və metronun fəaliyyətinə icazə verilsin. Səlahiyyətli qurumların bu məsələyə yenidən diqqət edərək insanların mövcud durumuna görə qərar qəbul etməsini xahiş edirik”.

Nigar

0.027111053466797